Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Yenicag.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 1/4 finalda və yarımfinal mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib.
“Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)
“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya)
“Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)
“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Yuventus” – “Ayaks” cütünün qalibi yarımfinalda “Tottenhem” – “Mançester Siti” cütünün qalibi ilə, “Liverpul” – “Portu” duelinin qalibi isə, “Barselona” – “Mançester Yunayted” duelinin qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.
www.yenicag.az