Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR  

Reklam: High Technic

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 oyun keçirilib.

Yeniçağ.Az Apasport.az-a istinadən xəbər verir ki, matçlar Leverkuzen və Mançesterdə baş tutub.

Son finalçı “Atletiko” “Bayer”in qonağı olub. Qrup mərhələsində güclü “Bavariya”nı qabaqlamağı bacaran madridlilər ikinci yerin sahibi kimi adını 1/8 final yazdıran “Bayer”i məğlub edib. Gərgin və dramatik şəraitdə keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər. Səfərdə 4:2 hesabı ilə qələbə qazanan Dieqo Simeonenin yetirmələri cavab matçından öncə böyük üstünlük əldə ediblər.

Günün digər matçında “Mançester Siti” və “Monako” komandaları qarşılaşıb. Bu oyun dramatiklik baxımından paralel keçən matçı qabaqlayıb. Görüşdə hesabı meydan sahibləri açsa da, bu üstünlük qısa çəkib. Ardınca iki qol vurab “knyazlıq klubu” önə çıxıb. Aqueronun bərabərlik qolunun sevinci də uzun olmayıb. Falkao qonaqları yenidən önə keçirib.

Ancaq sonradan özündə güc tapan “şəhərlilər” ardıcıl 3 dəfə fərqlənərək möhtəşəm geri dönüşə imza atıblar – 5:3.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) – 2:4
Qollar: Bellarabi, 48, Saviç, 68 (öz qapısına) – Nigez, 17, Qrizman, 26, Qameyro, 59 (pen.), Fernando Torres, 86
Baş hakim: Uillyam Kollum (Şotlandiya)

“Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa) – 5:3
Qollar: Sterlinq, 26, Aquero, 58, 71, Stons, 77, Sane, 82 – Falkao, 32, 61, Mbappe, 40
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Yeniçağ.Az

www.yenicag.az

428