Cenevrə masasında son şans: ABŞ-İran gərginliyində kritik MƏRHƏLƏ

media-hightechnic-468x90

“Cenevrə görüşündən nəticə çıxmasa, müharibə qaçınılmazdır: Xamneyi belə vurula bilər”

media-banner_tuq

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

media-mexemmed1-2

Politoloq İran və ABŞ nümayəndələri arasında Cenevrədə keçirilən görüşün mümkün nəticələri barədə fikirlərini bölüşüb:

“ABŞ və İran arasında Cenevrədə baş tutan görüşdən sonra İranın xarici işlər naziri müsbət nəticələrin olduğunu vurğuladı və Tehranın uranın zənginləşdirilməsini dayandıra biləcəyinə işarə etdi. Bu, əsasən islahatçı qanadın, daha dəqiq desək, Prezident Məsud Pezeşkianın mövqeyidir. Buna baxmayaraq, Ali dini rəhbər Xamneyinin yenidən ABŞ-yə meydan oxuduğunun, Amerikanın hərbi gəmilərinin batırılacağı ilə bağlı mesajlar verdiyinin şahidi oluruq.

Hazırda İran rəhbərliyində ciddi fikir ayrılığı hökm sürür. Bir tərəfdən prezident və onun komandası Vaşinqtonla dialoq quraraq sanksiyaların yumşaldılmasına çalışır, digər tərəfdən isə Ali dini rəhbər və ona bağlı mühafizəkar dairələr bu yaxınlaşma ilə razılaşmayaraq, ABŞ ilə qarşıdurma tərəfdarı kimi çıxış edirlər.”

M. Əsədullazadə qeyd edib ki, Ağ Ev də hərbi ssenarilərə ciddi hazırlaşır və bu proses birbaşa İranın ali rəhbərliyini hədəf ala bilər:

“ABŞ İran ətrafına kifayət qədər böyük hərbi qüvvə və silah-sursat cəmləyərək Tehrana təzyiqləri artırır. Əgər İran konkret razılaşmaya getməsə, Tramp administrasiyası hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalacaq. Ehtimal olunan müharibənin gedişatında hətta Ali dini rəhbər Xamneyinin hədəf alınması və vurulması da istisna deyil.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05