Cengiz Ünder “Fenerbahçe”yə qayıdır – SƏBƏB

media-hightechnic-468x90

ABŞ-nin MLS liqasında çıxış edən “Los Angeles FC” klubu icarə əsasında heyətinə qatdığı futbolçu Cengiz Ünderin gələcək taleyi ilə bağlı qərarını açıqlayıb.

Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, klubun rəsmi məlumatına görə, 26 yaşlı hücumçu icarə müddətinin sona çatması ilə “Fenerbahçe”yə geri dönəcək.

“Los Angeles FC” yaxın günlərdə FIFA Klub Dünya Çempionatında iştirak edəcək heyətini gücləndirmək məqsədilə Javairo Dilrosunu icarə əsasında transfer etdiyini açıqlayıb. Klub rəhbərliyi Cengiz Ünderin ayrılması ilə boşalan legioner yerinin məhz bu transfer üçün istifadə olunduğunu vurğulayıb.

Qeyd edək ki, oyunçu MLS təmsilçisinin heyətində keçirdiyi 15 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600