!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda baş verən siyasi olayların PƏRDƏARXASI: Qərb Rusiya ilə bağlı bu planları qurur

!Reklam – Yazi

“Hazırda Cənubi Qafqazda baş verən siyasi olayların pərdəarxasında Qərblə Rusiya arasındakı geosiyasi rəqabətin təsiri istisna deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Gürcüstanda və Ermənistanda keçirilən etiraz aksiyaları, Rusiyanın bundakı rolunu şərh edən politoloq Nəsimi Məmmədli deyib.

Nəsimi Məmmədli bildirib ki, Qərb Rusiyanı regiondan sıxışdırmaq üçün müəyyət addımlar atır.

“Gürcüstanda və Ermənistanda keçirilən etiraz aksiyalarının fərqli səbəbləri var. Ortaq nöqtələr hər iki ölkənin post-sovet məkanında olan qismən azad ölkələr olmasıdır. Hər iki ölkədə demokratik azadlıqların çərçivəsi alternativ siyasi qüvvələrin etiraz etməsinə imkan yaradır”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, Cənubi Qafqazda Avropa İttifaqı ilə strateji münasibətlərə can atan, çoxpartiyalı siyasi sistemi və güclü vətəndaş cəmiyyəti olan bu ölkələrin hər ikisinin Moskva ilə bəzi problemləri var:

“Ümumiyyətlə, hazırda Cənubi Qafqazda baş verən siyasi olayların pərdəarxasında Qərblə Rusiya arasındakı geosiyasi rəqabətin təsiri istisna deyil. Faktiki olaraq, Qərb Rusiyanı regiondan sıxışdırmaq üçün müəyyət addımlar atır. Təbii ki Rusiya da öz resursları ilə regiondakı təsirini saxlamağa çalışr. Məhz bu rəqabət ölkələrin ictimai-siyasi həyatına təsirsiz ötüşmür.

Eyni zamanda, köhnə dünya düzəninin pozulduğu, yenisinin hələ təşkil olunmadığı indiki beynəlxalq münasibətlər sistemində belə gərginliklər qarşıdakı aylarda və illərdə də davam edəcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv