!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Cənubi Qafqazda yeni reallığın yaranmasında ABŞ və Fransanın iştirakı olmadığı üçün...” – RƏY

!Reklam – Yazi

“Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyəti ABŞ üçün sonda gələn məsələdir”.

Bu fikirləri ABŞ və Fransanın Azərbaycana yönəlik “Şuşa demarşı”nın səbəblərinə toxunan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda rıçaqları tamamilə itirməmək üçün müəyyən vasitələrə əl atmalı olduğunu düşünür:

“Qeyd etmək lazımdır ki, regionda situasiyanın ciddi şəkildə dəyişməsində nə ABŞ-nin, nə də Fransanın hər hansı nəzərəçarpacaq iştirakı olub. Müharibənin davam etdiyi günləri xatırlasaq, görərik, ABŞ ilə Fransa BMT Təhlükəsizlik Şurasında savaşın dayandırılması və qoşunların ilkin mövqelərə qaytarılmasına dair qətnamə hazırlasalar da, Böyük Britaniya buna veto qoymuşdu.

İndi məsələ bundan ibarətdir ki, ABŞ Cənubi Qafqazda rıçaqları tamamilə itirməmək üçün müəyyən vasitələrə əl atmalı olduğunu düşünür. Görünür, indiki halda onun yararlanmaq istədiyi vasitə Ermənistanla bağlı manevr etməkdir.

Amma burada başqa bir məsləyə də toxunmaq lazım gəlir. Bildiyiniz kimi, ABŞ Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı ortaya qəti mövqe qoymur. Ümumiyyətlə, ABŞ-nin konkret ölkələrə yönəlik fərqli təsir imkanları olur və onlar da zamanla dəyişir. Mövcud şəraitdə ABŞ məhz Ermənistanla əlaqədar manevr etmək istəyir.

Bu niyə belədir? Aydın məsələdir ki, burada ABŞ-nin öz maraqları var və onlar bundan ibarətdir ki, regionda nəzarəti itirməmək üçün Ermənistanla daha yaxın olmaq, erməni lobbisini əlində saxlamaqla seçkilərdə onun imkanlarından yararlanmaq niyyətindədir. Eyni zamanda, ABŞ Cənubi Qafqaza çıxış imkanlarını da Ermənistan vasitəsilə təmin etməyə çalışır. Məncə, ABŞ-nin məlum davranışları bununla bağlıdır.

Azərbaycanda demokratiya və insan hüquqlarına gəldikdə isə deyə bilərik ki, ABŞ üçün bu məsələlər sonda gəlir. ABŞ-nin Azərbaycandakı sabiq səfirlərinin biri də vaxtilə demişdi ki, Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti bizim üçün prioritet təşkil etmir. Bu yanaşma indi də qüvvədədir”.

A.Zeynalov

www.yenicag.az

264
Ads
www.veteninfo.com
!Reklam – Arxiv