Nazir müavinindən özəl sektora XƏBƏRDARLIQ: “Qaydalara riayət olunmasa…”

“Yumşaldılma ilə yanaşı, daha sərt cərimələrin tətbiqi ilə bağlı da müzakirələr aparılır”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf qeyd edib.

Rövşən Nəcəf vurğulayıb ki, biznes strukturları qaydalara riayət etməsələr, hökumət yumşalma ilə bağlı qərara yenidən baxmalı olacaq:

“Biz iqtisadi fəallığın bərpa olunmasını istəyirik. Ona görə də biznes subyektlərindən qaydalara riayət olunmasını tələb edirik.

Bununla yanaşı, hökumət tərəfindən də nəzarət tədbirləri görüləcək. Biznes subyektləri öz fəaliyyətlərini yeni tələbləri nəzərə almaq şərtilə qurmalıdırlar.

Yumşaldılma ilə yanaşı, daha sərt cərimələrin tətbiqi ilə bağlı da müzakirələr aparılır”.

Gülşən Şərif