!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çətinliklərə sinə gərən iradəli QADIN: "Sahib olduğum yeganə şey ümidimdir" - VİDEO

!Reklam – Yazi

Üç yaşında hər iki ayağını itirən, hazırda Türkiyədə yaşayan azərbaycanlı Vəfa Aktuz başına gələnlərə rəğmən çətin günlərə qalib gələ bilib.

Yenicag.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “Vətən uzaqda deyil” verilişində qonaq olan həmvətənimiz keçirdiyi çətin günlərdən sonra necə ayaqda qala bilməsindən danışıb.

Rusiyada zibil maşınının ayaqlarının üstündən keçməsi nəticəsində hər iki ayağını itirən V. Aktuzun ən ağrılı xatirələri xəstəxanada yatdığı dövrlə bağlıdır. Lakin Mariya adlı tibb bacısı ona dözümlü olmağı, əlil arabasına oturmadan təkbaşına ayaqları üzərində durmağı öyrədib.

İllərlə sevgisiz böyüdüyünü deyən V. Aktuz əvvəlcə Bakıda Müəllimlər İnstitutunda, daha sonra Türkiyədə Sakarya Universitetində ali təhsil alıb. Hazırda Türkiyə vətəndaşı ilə evli olan həmvətənimiz iki övlad anasıdır.

Qardaş ölkədə yaşayan azərbaycanlıların problemləri ilə məşğul olan ictimai birlik yaradan V. Aktuz həm də bir sıra sosial layihələrin icrası ilə məşğuldur. O, Türkiyədə müalicə alan qazilərimizi də heç vaxt diqqətsiz qoymur, həmişə onlara baş çəkir. Hətta gecəyarısı belə zəng gələndə bir şəhərdən başqa şəhərə yola düşüb onlarla görüşür, problemlərini həll etməyə çalışır:

“Mən qazilərimizə demirəm ki, həyatınız gözəl olacaq. Əksinə deyirəm, həyatınız daha da çətinləşəcək. Burada davamlı kədərli olsanız, gələcəkdə nə edəcəksiniz? Ona görə də güclü olmaq lazımdır. Bu yaxınlarda psixoloji problemi olan qazimiz gecə saat 2-də zəng etdi və yaşamaq istəmədiyini bildirdi. Mən gecə ilə getdim və səhərə qədər söhbət etdik. Dedim ki, əsla, belə bir şey etmə. Sənin imanın var, vətən sevgin var, bu, sahib olduğumuz ən böyük dəyərlərdən biridir. Sən daha güclü olmalısan”.

Vəfa Aktuzun “Vətən uzaqda deyil” verilişində çıxışının görüntülərini təqdim edirik:

www.yenicag.az

3802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv