Çexiya Rusiyanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişinə qadağa qoydu

media-hightechnic-468x90

Çexiya Rusiyanın diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişinə qadağa qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün “X” hesabında bildirib.

Nazirin sözlərinə görə, belə pasportlara sahib olan şəxslər yalnız Çexiya hakimiyyətindən akkreditasiya aldıqları halda, ölkəyə daxil ola biləcəklər.

“Avropada təxribat əməliyyatlarının sayı artır və biz diplomatik örtük altında fəaliyyət göstərən (Rusiya) agentləri qəbul edərək riskə getməyəcəyik. Biz digər ölkələrə nümunə göstəririk və mən Şengen səviyyəsində ən sərt tədbirlərin görülməsi üçün çalışacağam. Çexiyanı qoruyacağıq”, – Lipavski qeyd edib./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa