Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ceyhun Bayramovun İran səfəri: Həsən Ruhani ilə görüşdü - VİDEO / YENİLƏNDİ

Reklam: High Technic

Bu gün İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə isti salamlarını və xoş arzularını çatdırıb. Prezident Həsən Ruhani Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını məmnunluqla qeyd edib. İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb.

İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Qonşu və dost ölkələrimizin həyata keçirməyə çalışdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihə olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşasının sürətləndirilməsinin zəruriliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səmimi salamlarını İran İslam Respublikasının Prezidentinin diqqətinə çatdırıb. Nazir dost və qonşu İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın ərazilərinin işğaldan azad olunması və sərhədin bərpa olunmasının ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan və İran arasındakı sərhəd dostluq və iqtisadi inkişaf sərhədi adlandırılıb.

***

İranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytı məlumat yayıb.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə edilib.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İrana səfərə gedib.

Yenicag.az xəbər verir ki, o, səfər çərçivəsində İranın Prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.

www.yenicag.az

485