11 saylı Cəzaçəkmə Müəssisəsində “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib.
Yenicag.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən (DQİDK) xəbər verir ki, tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini – ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və AMEA-nın Şərqşünaslıq İnstitunun əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov iştirak edib.
Müəssisədə məhkumların mənəvi dəyərlərini həyata keçirmək üçün yaradılmış şəraitdən söz açan İntiqam Əliyev yeni inşa olunan məsciddən danışıb. Bildirib ki, yüksək keyfiyyət və memarlıq üslubunda ərsəyə gələn məscid heç də kənd və şəhərdəki ibadət ocaqlarından geri qalmır.
Daha sonra qonaqlar müəssisədə istifadəyə hazır məscidlə tanış olublar.
250-dən çox məhkumun ibadət edə biləcəyi məscidlə yanaşı, dəstnamazxana, ayrıca mərasim yeri, mətbəx, kitabxana da inşa edilib. Eyni anda istilik və soyutma sistemləri quraşdırılıb, akustika, milli-mənəvi dəyərlərimizin tərənnüm edildiyi dekorasiya işləri görülüb.
www.yenicag.az