CHP sədri barəsində araşdırmalara başlanıldı

media-hightechnic-468x90

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində araşdırmalara başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, partiya sədrinin Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlətməsi ilə bağlı Ankara prokurorluğunda araşdırmalara başlanılıb.

“CHP sədrinin hörmətsiz ifadələri 86 milyon vətəndaşımızın iradəsinə açıq hücumdur. Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi nalayiq dil artıq sadəcə üslub məsələsi deyil, siyasi nəzakəti aşıb. Millətimiz bir daha əvvəllər olduğu kimi, böhtan siyasəti ilə məşğul olanlara yol verməyəcək”, – nazir yazıb”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa