“Cimbom”dan Emiliano Martinez HƏMLƏSİ
Argentina millisinin əsas qapıçısı Emiliano “Dibu” Martinezin “Aston Villa” klubundan ayrılacağı və “Galatasaray”a keçidinin gündəmə gəldiyi bildirilir.
Yenicag.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.
İngiltərə mətbuatında dərc olunan xəbərlərdə “Aston Villa”nın Maliyyə “Fair Play” (FFP) qaydalarına riayət etmək üçün yüksək maaşlı oyunçularla yollarını ayırmaq istədiyi vurğulanır. Bu siyahıda Dünya Kubokunun qalibi Emiliano Martinez də yer alır.
Məlumata əsasən, “Galatasaray” rəhbərliyi artıq “Aston Villa” ilə birbaşa əlaqə yaradaraq, argentinalı qapıçının transfer şərtlərini öyrənib. Klubun əsas məqsədi uzun müddət komandada xidmət etmiş Fernando Musleradan sonra qapı xəttində sabitliyi təmin etməkdir.
Transfer bazarında Emiliano Martinezə Avropanın bir sıra aparıcı klublarının da maraq göstərdiyi qeyd olunur. Lakin “Galatasaray”ın UEFA Çempionlar Liqasına vəsiqə qazanması və yay transfer planları bu keçidə üstünlük qazandıran amillər kimi qiymətləndirilir.
Göycə Göycəyev