Çimərlik mövsümü açıldı

media-hightechnic-468x90

67751Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti Buzovna xilasetmə məntəqəsində 2015-ci il yay çimərlik mövsümünün açılışı ilə əlaqədar tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə məlumat verilib ki, 2015-ci il yay çimərlik mövsümündə sularda xilasetmə işlərinin daha keyfiyyətli aparılması məqsədilə kadrların hazırlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilib. Çimərliklərdə həm Azərbaycan, həm də ingilis dilində xəbərdaredici və maarifləndirici lövhələr quraşdırılıb.

Eyni zamanda, vətəndaşlarla aparılan təbliğat, maarifləndirmə işləri ilə bağlı məlumat verilib. Təhlükəsizlik üçün xilasetmə texnika və avadanlıqlarının, dalğıcların olduğu rəsmi çimərliklərdən istifadə edilməsi tövsiyə olunub.

Ardıcıl olaraq həyata keçirilən tədbirlərin nəticəsidir ki, son dörd ildə FHN-in xilasedicilərinin fəaliyyət göstərdiyi rəsmi çimərliklərdə suda boğulma hadisəsi qeydə alınmayıb. Çimərlik mövsümündə suda boğulma hallarının qeyri-çimərlik ərazilərində baş verdiyini nəzərə alaraq, vətəndaşların bu ərazilərdə istirahət etməmələri tövsiyə olunur.

Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk tibbi yardımın göstərilməsi bacarıqlarını nümayiş etdirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600