Çin ABŞ və Rusiyanın nüvəsizləşdirmə danışıqlarında iştirak etməyəcək
ABŞ-la Rusiya arasında nüvəsizləşmə müzakirələrinə Çinin də qoşulmasını istəmək mənqitli və realist deyil.
Yenicag.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun deyib.
“Çin və ABŞ-ın nüvə potensialı qətiyyən eyni səviyyədə deyil. Eləcə də, iki ölkənin strateji təhlükəsizlik şərtləri və nüvə siyasəti bir-birindən kəskin fərqlənir”, – Çin XİN sözçüsü bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara Çinin də qoşulmasını istəyir./apa