Çin Avstraliyaya xəbərdarlıq etdi
Avstraliyaya məxsus “P-8A” hərbi təyyarəsini Çinin hava məkanını pozub.
Yenicag.az “Xinhua”ya istinaədn xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Hərbi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, “P-8A” təyyarəsi Çin hökumətinin icazəsi olmadan onun hava məkanına girib.
“Komandanlıq dəniz və hava qüvvələrini səfərbər edərək təyyarəni izləyib, müşahidə aparıb, sərt qarşı tədbirlər görüb və müvafiq qanun və qaydalara uyğun olaraq Avstraliya təyyarəsini ərazidən uzaqlaşdırmaq üçün xəbərdarlıq edib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Avstraliyanın bu hərəkətləri Çinin suverenliyini ciddi şəkildə pozur.
“Biz Avstraliyanı qəti şəkildə xəbərdar edirik: pozucu və təxribat xarakterli hərəkətlərini dərhal dayandırsın”, – deyə komandanlıqdan vurğulanıb.












