Çin ən müasir silahlarla nəhəng parada hazırlaşır
Çin Pekindəki paradda nəhəng ordusunu və yüksək texnologiyalı silahlarını nümayiş etdirəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Gələn ay Çin İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün on minlərlə hərbçinin iştirak edəcəyi və əvvəllər görülməmiş silahların nümayiş olunacağı kütləvi hərbi parad keçirəcək. Hərbi rəsmilər bildiriblər ki, paradda qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla yüzlərlə təyyarə, həmçinin səsdən beş dəfə yüksək sürətlə uça bilən dəqiq zərbə sistemləri kimi yüksək texnologiyalı silahlar nümayiş etdiriləcək”, – məlumatda qeyd olunub.