Çin-İran sazişində "hərbi zərbə" ləngiməsi: Türkiyəli siyasi şərhçidən TƏHLİL

media-hightechnic-468x90

“Çinin, ABŞ-nin İrana mümkün hərbi zərbə endirə biləcəyi ehtimalını nəzərə alaraq investisiyaları ləngitməsi müəyyən mənada məntiqli görünür”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Sena Parlar deyib.

media-img_3369

O, İran Prezidenti Məsud Pezeşkianın Çinlə imzalanmış 400 milyard dollarlıq 25 illik sərmayə anlaşması barədə səsləndirdiyi “O sərmayəni görən varmı?”bəyanatını şərh edib.

Siyasi şərhçi qeyd edib ki, bu nəhəng saziş böyük iqtisadi əməkdaşlıq vəd etsə də, real mənzərə fərqlidir:

“Bu nəhəng məbləğin İran xalqının həyatında demək olar ki, heç bir hiss olunan dəyişiklik yaratmaması cəmiyyətdə ciddi suallar doğurur. Pezeşkianın sualları isə xüsusilə diqqətçəkəndir: “O yatırımı görən varmı? Əgər həqiqətən həyata keçirilibsə, o pullara kim sahib çıxıb?” Bu, sadəcə bir sual deyil, həm də ictimai narazılığın və dərin inamsızlığın ifadəsidir.

Çinin, ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi riskini nəzərə alaraq investisiyaları yubatması ehtimalı məntiqlidir. Pekin, xüsusilə Qərblə münasibətlərdə artan gərginlik fonunda ehtiyatlı davranır. Çin strateji qərarlarını yalnız iqtisadi maraqlarla deyil, həm də hərbi-siyasi riskləri hesablamaqla verir. Bu baxımdan, sazişin icra olunmamasının arxasında regional sabitsizlik və mümkün münaqişə risklərinin dayanması istisna deyil.

Digər tərəfdən sual yaranır: əgər Çin bu riskləri əvvəldən görürdüsə, niyə belə uzunmüddətli saziş imzalayırdı? İranın beynəlxalq təcridinin güclənməsi və ABŞ sanksiyaları fonunda 400 milyard dollarlıq planın nəticəsiz qalması ziddiyyətli məqamdır. Bu, ya sazişin çox mərhələli xarakteri ilə, ya da Pekinin daha geniş geosiyasi strategiyasının bir hissəsi olması ilə izah edilə bilər.

İnvestisiyaların gündəlik həyata təsir etməməsi isə daha dərin sosial-iqtisadi problemlərdən xəbər verir. Belə iri həcmli vəsaitlər infrastrukturun yenilənməsi və məşğulluğun artmasında özünü göstərməlidir. Əgər vəsaitlər real irəliləyiş yaratmırsa, bu zaman təbii olaraq şəffaflıq və idarəetmə ilə bağlı suallar yaranır.

Bir sözlə, 400 milyard dollarlıq saziş kağız üzərində qalmamalı, konkret layihələrlə müşayiət olunmalı idi. Əks halda, “bu prosesdən kim qazanır?” sualı ictimai müzakirələrin əsas mövzusu olaraq qalacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05