!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin koronavirusa qalib GƏLDİ - Yoluxan şəxs qalmadı

!Reklam – Yazi

Ötən ilin dekabr ayında yeni növ koronavirusun yayılmağa başladığı Çinin Uhan şəhərində bütün xəstələr evə buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyasının rəsmi nümayəndəsi Mi Feng açıqlama verib.

O açıqlamasında bildirib ki, Uhanda artıq koronavirusa yoluxan xəstə qalmayıb: “Uhanda yeni növ koronavirusla mübarizədə qalibiyyət həkimlərin zəhmətinin nəticəsidir”.

Qeyd edək ki, Uhanda 46 min 452 nəfər koronavirusa yoluxmuşdu, onlardan 3 min 869-u ölmüşdü.

Çində ümumiyyətlə 82 min 827 nəfər koronavirusa yoluxma halı aşkarlanıb. Yoluxanlardam 4 min 632 nəfəri ölüb, 77 min 394 nəfəri isə sağalaraq evə buraxılıb.

www.yenicag.az

2546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv