!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə SÖNDÜRÜLMƏYƏN “OCAQ”: “Böyük dövlətlərin o münaqişədən faydalanmaq cəhdləri...”

!Reklam – Yazi

“Qlobal güclər etimadsızlıq mühiti olan yerdə iqtisadi və siyasi maraqlarını təmin etmək üçün vəziyyətdən yararlanırlar”.

Bu fikirləri Yaxın Şərqdə yenidən alovlanan münaqişənin qlobal düzənə mümkün təsirini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qlobal güclər bu münaqişənin böyüməsində və uzun müddət davam etməsində maraqlı görünürlər:“Yaxın Şərqdə yaşananlar bütün bölgəni narahat edir və perspektivdə başqa tərəflərin də müharibəyə qatılacağı təqdirdə, çox ciddi neqativ proseslər baş verə bilər. Qlobal siyasətdə destruktiv vəziyyət bir az da pisləşib, iqtisadi və siyasi xarakterli gərginliklər artmaqdadır. Beynəlxalq təşkilatların bu olayları önləmək imkanları yoxdur.

Ona görə də, yaranmış vəziyyətdə başqalarının proseslərə müdaxiləsi böyük kataklizmlərə səbəb ola bilər. Çin toqquşan tərəfləri danışıqlar masasına əyləşmələrini təklif edir, Türkiyə də daha əvvəldən danışıqların aparılmasına çağırırdır. Ancaq bütün bunlar buz dağının yalnız görünən hissəsidir. Gerçəklik budur ki, hər kəs o münaqişədən faydalanmağa çalışır.

Qlobal güclər etimadsızlıq mühüti olan yerdə iqtisadi və siyasi maraqlarını təmin etmək üçün vəziyyətdən yararlanırlar. Bəzi dövlətlərin prosesə qarışması Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər. ABŞ-ın bölgəyə təyyarədaşıyan gəmilər göndərməsi, İsrailin müharibə coğrafiyasını genişləndirməsi, Rusiyanın İranla birgə ərəb terror qruplarına dəstəyi artırması prosesləri daha da qəlizləşdirir.

Böyük güclər orada geniş cəbhə açıblar və savaşırlar. Çox geniş miqyasda qan tökülməkdədir. Nə qədər çox qan tökülərsə, müharibə o qədər şiddətlənər və uzun çəkər. Bunu özləri bilərəkdən edir. Məscidə zərbə endirilməsi hələ araşdırılır, ancaq bombalanan xəstəxanada 500 nəfərin ölümü müharibənin tezliklə bitməyəcəyi anlamına gəlir. Çünki bundan sonra qisas aktları başlayacaq.

İran tərəfi strateji dərinlikləri fəth edə bilib. İsraillə qonşu dövlətlərdəki İrana bağlı qruplar İsrailə qarşı döyüşürlər. İran müharibəni öz çoğrafiyasından uzaqlaşdırıb və bundan faydalanacaq. Rusiya isə müharibənin uzanmasında maraqlıdır ki, Qərb koalisiyası silah-sursatı daha çox İsrailə versin, özünün Ukrayna cəbhəsində əl-qolu açılsın və əks-hücumlara keçə bilsin, hətta Qafqazda da mövqelərini möhkəmləndirsin. Sadəcə, Türkiyə kimi səmimi dövlət müharibənin olmasında maraqlı deyil. Lakin bütün səylərə baxmayaraq, proses uzanacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv