Çin nəqliyyat təyyarələri İrana göndərdi

media-hightechnic-468x90

Çin ən azı üç Boeing 747 nəqliyyat təyyarəsini saxta marşrut xətti ilə İrana göndərib. 

Yenicag.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Təyyarələrin İranın İsraillə müharibəsində ehtiyac duyduğu silah və hərbi texnikanın daşınması üçün istifadə oluna biləcəyi güman edilir. Bu, İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasının ertəsi günü üç uçuşdan birincisinin İrana yola düşdüyü, daha iki təyyarənin isə daha sonra Yaxın Şərqə gəldiyi iddiası ilə dəstəklənir.

Onların Çinin şimalı üzərində uçduğu, Qazaxıstan sərhədini keçdiyi, Özbəkistan və Türkmənistan üzərindən uçduğu, daha sonra İrana yaxınlaşarkən radarlardan itdiyi bildirilir.

Təyyarələrin Lüksemburqa getdiyi deyilirdi, lakin qəzet onların heç birinin Avropa hava məkanına daxil olmadığını yazıb. /unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600