!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çin ordusu bütün Tayvanı əhatə edən hərbi təlimlərə başladı

!Reklam – Yazi

Çin ordusu Kinmen və Dongyin adaları da daxil olmaqla, bütün Tayvanı əhatə edən təlimlərə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası (CCTV) məlumat yayıb.

Məlumata görə, Tayvan ordusu da təlimlər keçirilən istiqamətlərdə təhlükəsizlik tədbirlərini artırır.

Yerli media yazır ki, Tayvan Silahlı Qüvvələri adanın hava məkanını şimaldan əhatə etmək üçün Tamsui bölgəsində (Yeni Taypey şəhəri – red.) “Sky Bow III” zenit-raket komplekslərini yerləşdirib.

Qeyd edək ki, Tayvanın 793-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Briqadasının 614-cü Batalyonunun qərargahı bu ərazidə yerləşir.

Rafi Müslümov

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv