Çin ordusunda “zəlzələ”: “Qızıl şahzadələr”ə qarşı böyük əməliyyatın pərdəarxası

media-hightechnic-468x90

Pekində başlanan genişmiqyaslı təmizləmə dalğası Çin siyasətində son illərin ən böyük böhranına çevrilib. Çin dövlət başçısı Si Cinpin orduda və partiya daxilində korrupsiya, casusluq və qruplaşma iddialarına qarşı sərt tədbirlər görür. 

Yenicag.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunda yüzlərlə general vəzifədən uzaqlaşdırılıb, bəzilərindən isə artıq xəbər yoxdur.

Bu prosesin ölkə daxilində güclü sarsıntıya səbəb olduğu bildirilir. Həmçinin təmizləmələrin Çinin Tayvanla bağlı planlarını ən azı beş il ləngitdiyi və Asiya-Sakit okean regionunda narahatlıq yaratdığı qeyd olunur.media-whatsapp-image-2025-11-24-at-02-20-20

Yoxa çıxan generallar…

Beynəlxalq kəşfiyyat nəşrləri, xüsusilə “Intelligence Online” və digər hərbi mənbələrin məlumatına görə, aylardır, Çin ordusunda genişmiqyaslı təmizləmə əməliyyatı aparılır. Çin Kommunist Partiyasının ali dairələrində ordudakı korrupsiya haqqında “təhlükə siqnalı verən” hesabatlar dolaşır. On üç ildir, davam edən korrupsiyaya qarşı mübarizənin yetərli nəticə verməməsi fonunda Şi Cinpin orduda sərt “təmizlik” əməliyyatına start verib. Bir çox general vəzifədən azad edilib, bir sıra şəxslərdən isə daha sonra heç bir xəbər alınmayıb.

Bu barədə Yenicag.az-a danışan uyğur siyasi şərhçi Şamil Uyğur prossesin 2023-cü ildə başladığını söyləyib:

“Bu gün Mərkəzi Hərbi Komissiyada təyinatların dondurulduğu, partiyada daxili balansın sarsıldığı bildirilir. Ancaq prosses 2023-cü ildə başlayıb. 2023-cü ildə vəzifədən uzaqlaşdırılan keçmiş xarici işlər naziri Qin Qanqdan da həmin vaxtdan bəri xəbər yoxdur. Pekinə yaxın mənbələr onun “agent” olması ilə bağlı iddialar irəli sürürlər.media-whatsapp-image-2025-11-24-at-02-20-19-1

Məlumata görə, təmizləmələrə səbəb 2023-cü ildə Çinin nüvə və raket qüvvələrindən ABŞ kəşfiyyatına sızan sənədlər olub. Bu hadisədən sonra Cinpin “dövlətə sədaqətsizlik” ittihamı ilə ordudakı bir çox qruplaşmanı hədəfə alıb. Xüsusilə strateji qurumlarda aparılan araşdırmalar Tayvana dair planlaşdırmanı da ləngidib. Analitiklərə görə, “partiya intizamı” adı ilə atılan addımlar Pekinin Tayvanla bağlı strategiyasını yavaşladıb”.

“Qızıl şahzadələr” qrupu, yoxsa dövlət içi müxalifət?

Türk analitik Emre Öztürk isə hesab edir ki, bir dövrlər Cinpinə ən yaxın fiqurlardan sayılan general Liu Yuanın dövlət başçısını “ölkəni fəlakətə aparan biri” kimi ifadə etməsindən sonra orduda tək-tək yox, mərhələli şəkildə kənarlaşdırmalar başlayıb:

“Liunun öncüllük etdiyi, orduda “qızıl şahzadələr” kimi tanınan qrupun hələ də “Çini öz xilaskarından xilas etməyə” çağırdığı iddia olunur. Mütəxəssislər bildirirlər ki, ordudakı yeni qruplaşmalar artıq hökumətə qarşı mövqedən çıxaraq “dövlət daxilində müxalifət” səviyyəsinə yüksəlib”.

Beş illik təxirəsalma…

Ekspertlərin fikrincə, təmizləmələr ən çox Tayvan əməliyyatlarına cavabdeh olan Şərq Komandanlığını zərbə altına alıb. Komandanlığın, demək olar, bütün rəhbər heyəti vəzifədən uzaqlaşdırılıb, təlim və səfərbərlik məşqləri ləğv edilib. İstihbarat mənbələri iddia edir ki, Si Cinpinin partiya mərkəzli idarəçilik tərzi ordunun mənəviyyatını zəiflədib, yeni hərbi kadrlar arasında “liderliyə etimadsızlıq” güclənib. Mənbələrə görə, bu səbəbdən Çin’in hərbi planlarının hamısı təxminən beş il təxirə salınıb.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa