Çin Rusiyanı parada dəvət etdi
Çinin Müdafiə Nazirliyi mayın 11-də bildirib ki, Çin Rusiya əsgərlərini 2-ci dünya müharibəsinin bitməsinin ildönümünü qeyd etmək üçün sentyabrda Pekində keçiriləcək parada dəvət edib.
Çin prezidenti Xi Jinping mayın 9-da Moskvada nasizm üzərində qələbənin 70-ci ildönümü paradına qatılıb.
Müdafiə Nazirliyinin məlumatına görə, bu səfər “Çin-Rusiya hərtərəfli strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırıb”.
Qərb liderləri isə Rusiyanın Krımı qanunsuz anneksiya etməsi və Ukraynanın şərqində rusiyapərəst separatçılara dəstəyinə görə Moskva paradını boykot edib.