Çin və Hindistan arasında 22 milyard dollarlıq saziş imzalanıb

media-hightechnic-468x90

14317731892563741935_750x500Hindistanın Baş naziri Narendra Modinin Çin Xalq Respublikasına işgüzar səfəri zamanı iki ölkə arasında ümumi dəyəri 22 milyard dollardan çox olan iqtisadi saziş imzalanıb.

Yenicag.az azertac-a istinadən xəbər verir ki, Hindistanın Çindəki səfirliyinin məlumatına əsasən, imzalanan sənədlər alternativ enerji, maliyyə, liman infrastrukturunun tikilməsi və sənaye parklarının yaradılması kimi sahələri əhatə edir.

N.Modi bu ölkəyə üç günlük səfəri zamanı Çinin sədri Si Tszinpin və Dövlət Şurasının Baş naziri Li Ketsyanla görüşüb. Görüşlərin əsas mövzusu ölkələr arasında qarşılıqlı investisiya yatırımları, həmçinin sərhəd problemləri olub. Hindistan hökumətinin başçısı bu gün Şanxay şəhərində hər iki ölkənin iş adamları ilə də görüşəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600