Çin yeni raketini uğurla orbitə çıxardı

media-hightechnic-468x90

Bu günÇinin “LandSpace” şirkəti Tzüsüan kosmodromundan “Zhuque-2E” raketinin sınaq buraxılışını həyata keçirərək aparatı uğurla orbitə çıxarıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “China in Space” məlumat yayıb.

Göyərtədə kommersiya peykləri olmayıb – ikinci pillədə təxminən 2800 kiloqram ağırlığında inert sınaq yükü yerləşdirilib. Şirkətdən bildirilib ki, buraxılış 900 km hündürlükdə orbitə faydalı yük çıxarma imkanını və raketin çoxpeykli missiyalara hazırlığını təsdiqləyib.

Uçuşdan əvvəl raket bir sıra modernizasiyalardan keçib. Bunlara yanacaq ehtiyatı artırılmış uzadılmış birinci pillə, ikinci pillənin mühərrikinin təkrar işə salınması üçün yenilənmiş sistem və yeni idarəetmə sistemləri daxildir./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05