“2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb”.
Yenicag.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim zamanı deyib.
Nazir bildirib ki, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.
www.yenicag.az