Çində gəmi batdı, 450 nəfər itkin düşdü

media-hightechnic-468x90

pic_1f4b4f064befdf7671fb34c6e272bbd9Çində Yanszı çayında “Şərq ulduzu” adlı teploxod batıb.

Yenicag.az xəbər verir ki, gəmi batan zaman onun göyərtəsində 458 nəfər olub.

Xilas olmağa imkan tapan gəmi kapitanı və baş mühəndisin sözlərinə görə, gəmi güclü qasırğaya düşüb. Gəmi tez bir zamanda batıb.

Kapitan bildirib ki, gəminin göyərtəsində 47 ekipaj üzvü, 405 sərnişin və 5 tur agentliyi işçisi olub.

Teploxod Nankin şəhərindən Cunçin şəhərinə hərəkət edirmiş.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Son məlumatlara görə, 8 nəfər xilas edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa