Çində koronavirus dəhşəti – 2 mindən çox insan yoluxdu

Çində yeni növ koronavirusa yoluxanların sayı artıb.

Yenicag.az xəbər verir ki, Çinin Dövlət Səhiyyə İşləri üzrə Komitəsi virusa yoluxanların sayının 2002-ə, ölənlərin isə 56-ya çatdığını bildirib.

Məlumata əsasən, xəstələrdən 324-nün isə vəziyyəti ağır olaraq qiymətləndirilib.

Bildirilib ki, ümumi 2,7 min insan virusa yoluxub. 21,5 min insan yoluxmuş insanlarla yaxın təmasda olub və həkimlərin nəzarəti altındadır.

Koronavirusa yoluxma həmçinin Avstraliyada, Vyetnamda, Malayziyada, Nepalda, Koreya Respublikasında, Sinqapurda, ABŞ-da, Tailandda, Fransada və Yaponiyada qeydə alınıb.