Çində koronavirus dəhşəti – Ölənlərin sayı 106-ya çatdı

Çində yeni növ koronavirusdan ölənlərin sayı 106-ya çatıb.

Yenicag.az xəbər verir ki, təxminən 1,3 min yeni infeksiyaya yoluxma hadisəsi qeydə alınıb.

Bu virusa yoluxma halı ən çox Hubeydədir və 1423 nəfər qeydə alınıb. Bu əyalətin inzibati mərkəzi Vuhandır.