Çində yoxa çıxan GENERALİTET: Si Cinpin orduda yalnızlaşır

media-hightechnic-468x90

Çinin hərbi rəhbərliyi 2023-cü ilin martında xalqın qarşısına çıxaraq, Si Cinpinin arxasında birliyin simvolunu nümayiş etdirdi. Hakimiyyətdə demək olar ki, on ilini tamamladıqdan sonra, Si öz istədiyi ali komandanlığı qurmuşdu: Xalq Azadlıq Ordusunu dünya səviyyəli gücə çevirmək üçün seçilmiş sadiq tərəfdarlarını.

Yenicag.az xəbər verir ki, bu, “New York Times” qəzetinin araşdırma məqaləsində qeyd olunub.

Məqalədə Çində yoxa çıxan generallardan bəhs olunur.

Qeyd edilib ki, korrupsiyaya qarşı yönəldilmiş kimi görünən, amma, əslində, ona sədaqəti möhkəmləndirməyə xidmət edən genişmiqyaslı təmizləmələr nəticəsində Si Cinpinə sadiq olanlar belə onun bu kampaniyadan kənarda qalmayıblar. Mərkəzi Hərbi Komissiyanın üzvləri bir-bir vəzifədən uzaqlaşdırılıb və istintaqa cəlb olunublar. Sonuncu hədəf isə Si Cinpinin ən yüksək rütbəli generallarından biri ola general Çjan Youşia olub.

“Si Cinpin cəmi üç ilə yaxın müddətdə onlarla yüksək rütbəli hərbi rəsmiləri də vəzifədən uzaqlaşdırıb – bu, müasir Çin tarixində misilsiz sarsıntıdır. 2023‑ün əvvəlində Çində ixtisaslaşmış departamentlərə və teatr komandanlıqlarına rəhbərlik edən ən azı 30 general və admiral vardı. Onların, demək olar ki, hamısı Si Cinpinin təmizləmələri nəticəsində uzaqlaşdırılıb və ya yoxa çıxıb. Bəzi hallarda yeni generallar təyin edilib, lakin onların çoxu da ictimaiyyətin gözündən itib. Araşdırma yalnız yeddi generalın hələ də aktiv vəzifədə olduğunu göstərir”, – məqalədə bildirilib.

Nəşrə görə, bu təmizləmələr Si Cinpinin fövqəladə gücünü nümayiş etdirir, amma, eyni zamanda, orduda rəhbərlik boşluğu da yaradıb.media-ekran-goruntusu-2026-02-03-193534

General Çjan və onunla birlikdə vəzifədən uzaqlaşdırılan digər komandan, general Liu Jenlinin yoxluğu Mərkəzi Hərbi Komissiyanı döyüş hazırlığını təmin edən liderlərdən məhrum edib. Daha aşağı rütbəli zabitlər böyük hərbi əməliyyatların planlaşdırılmasında iştirak etsələr də, iki əsas “operativ” komandanın qəfil itirilməsi müəyyən müddətə Si Cinpinin Xalq Azadlıq Ordusunun hazırlığına inamını zəiflədə bilər. Komissiyada qalan yeganə general Çjan Şenmin olub. O, Si Cinpinin hərbi təmizləmələrinə rəhbərlik edib və indi siyasi intizamı və sədaqəti qorumaqla məsul görünür. General Çjan karyerasının böyük hissəsini Çin nüvə və adi raket proqramlarını idarə edən Raket Qüvvələrində antikorrupsiya və siyasi intizam inspektoru kimi keçirib. Si onu ötən il Mərkəzi Hərbi Komissiyanın sədr müavini vəzifəsinə yüksəldib.

Vurğulanıb ki, təmizləmələr ordunun digər qanadlarına da dərin şəkildə sirayət edib. Buraya Raket Qüvvələri və donanma da daxildir.

“Si Cinpinin 2016‑cı ildə silahlı qüvvələri idarə etmək üçün yaratdığı beş hrəkat komandanlığı da zəiflədilib, o cümlədən Tayvan ətrafındakı əməliyyatlara cavabdeh olan Şərq Hərəkat Komandanlığı. Ötən ilin sonunda Si bu teatr üçün yeni komandan təyin etmişdi. General Çjanın getməsindən sonra Çin ordusunun rəsmi qəzeti zabitləri və əsgərləri qərarı dəstəkləməyə və Si Cinpinin ətrafında birləşməyə çağırdı. Qəzet həmçinin etiraf etdi ki, bu uzaqlaşdırmalar və qarışıqlıq qısamüddətli çətinliklər və ağrılar yaradır”, – nəşr yazıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05