Mədəndə partlayış: Ölənlərin sayı 90 nəfərə çatıb - YENİLƏNİB

media-hightechnic-468x90

Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib./Report/

***

Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.

Yenicag.az “Report”un məlumatına istinadən bildirir ki, bu barədə “Xinhua” agentliyi xəbər verir.

***

Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.

Bildirilib ki, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.

Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan 8 nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir./Unikal/

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05