Çində Putinlə Si Cinpin bir sıra mövzuları müzakirə edəcək - YENİLƏNİB

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçiriləcək təkbətək görüşün əsas mövzuları Ukrayna, İran və ABŞ ilə münasibətlər olacaq.

media-banner_tuq

Yenicag.az APA-nın Moskva bürosuna istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinlə Si Cinpin arasında çay süfrəsində beynəlxalq mövzular – Ukrayna, İran, ABŞ ilə münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Kremlin rəsmisi Çin tərəfinin bütün beynəlxalq problemlərlə maraqlandığını, çünki Pekinin beynəlxalq məsələlərdə çox böyük rol oynadığını vurğulayıb.

***

Rusiya Prezidenti Vladimir Putin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.

Yenicag.az APA-nın Moskva bürosuna istinadən xəbər verir ki, Rusiya və Çin liderləri ilk olaraq məhdud formatda danışıqlar aparıblar.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Rusiya Prezidenti Çin liderini gələn il Rusiyaya səfərə dəvət edib.

Putin bildirib ki, əlverişsiz xarici amillərə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq yaxşı temp nümayiş etdirir. Belə ki, Rusiya və Çin arasında ticarət dövriyyəsi son 25 ildə 30 dəfədən çox artıb.

Putin deyib ki, Rusiya-Çin münasibətləri artıq dəfələrlə sınaqdan keçib: “Moskva və Pekin arasındakı hərtərəfli tərəfdaşlıq yeni dövrdə dövlətlərarası münasibətlər üçün modelə çevrilib. Rusiya və Çin həm ikitərəfli, həm də beynəlxalq forumlarda əməkdaşlığı inkişaf etdirəcəklər”.

Si Cinpin isə çıxışında münasibətlərin sağlam və sabit inkişafını təşviq etməyin Rusiya və Çin liderlərinin strateji seçimi olduğunu deyib: “Çin və Rusiya iki ölkə arasında qarşılıqlı etimad təməlini daha da möhkəmləndirməli, əməkdaşlığı zənginləşdirməli və dostluğu genişləndirməlidirlər. Çin-Rusiya münasibətləri daha aktiv və sürətli inkişafın yeni mərhələsinə qədəm qoyub”.

Görüşün yekununda Vladimir Putin və Si Cinpin Rusiya-Çin münasibətlərinin dərinləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıblar.

***

Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə danışıqlar aparacağı Pekindəki Xalq Yığıncaqları Zalına gəlib.

Yenicag “Report”un TASS-a istinadən verdiyi məlumata əsaslanaraq bildirir ki, Rusiya liderinin iş proqramı Tyananmen Meydanında rəsmi qarşılanma mərasimi ilə başlayıb və orada Çin Sədri tərəfindən qarşılanıb. Bundan sonra tərəflər bir-birlərinə nümayəndə heyətlərini təqdim ediblər.

Rusiya nümayəndə heyətinə Baş nazirin beş müavini, səkkiz nazir, Prezident Administrasiyasının nümayəndələri, region rəhbərləri, dövlət korporasiyalarının və iri bankların rəhbərləri, biznesmenlər daxildir. Pekinə həmçinin Mərkəzi Bankın sədri Elvira Nabiullina, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və universitetlərin və media təşkilatlarının nümayəndələri də gəlib.

Rəsmi qarşılanma mərasimindən sonra Vladimir Putin və Si Cinpin birgə şəkil çəkdirəcəklər və danışıqlar başlayacaq.

Liderlər əvvəlcə təkbətək görüş keçirəcəklər, ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş danışıqlar aparacaqlar. Görüşdən sonra sənədlərin imzalanması və media üçün bəyanatlar gözlənilir.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05