!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çindən tragikomik DEMARŞ: Pekin COVID-19-un mənşəyini “tapdı”

!Reklam – Yazi

Çin COVID-19 infeksiyasının ABŞ idmançıları vasitəsilə ölkəyə daxil olduğunu bildirib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Çinin aparıcı media orqanları bu istiqamətdə kampaniyaya başlayıb.

İddiaya əsasən, COVID-19 infeksiyası 2019-cu ildə Uxanda təşkil olunan Hərbi Oyunlarda iştirak etmiş ABŞ idmançıları tərəfindən ölkəyə gətirilib.

Bildirilir ki, iki il əvvəl Hərbi Oyunlara qatılan 5 amerikalı idmançıda infeksion xəstəliyin əlamətləri, xüsusilə qızdırma və öskürək müşahidə olunub. İlkin müayinədən sonra onlara malyariya diaqnozu qoyulub.

Əlavə olunur ki, Çində malyariya xəstəliyinin müalicəsi mümkün olsa da, idmançılar xüsusi təyyarə ilə ABŞ-yə göndəriliblər. Bundan 2 gün sonra isə ABŞ idmançıları heç bir izahat və məlumat vermədən tam heyətdə Çini tərk edib. Bu isə Çin mediasına amerikalı idmançıların məhz COVID-19 xəstəsi olduqlarını iddia etməyə əsas verib.

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv