!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çinin onlayn TƏHDİD MEXANİZMİ: Yüz minlərlə amerikalı necə “susdurulur?”

!Reklam – Yazi

Pekin rejimi yaratdığı onlayn şəbəkədən ABŞ-ın sıravi vətəndaşları, siyasətçi və biznesmenlərini sıxışdırmaq üçün istifadə edir.

Yenicag.az CNN-ə istinadən xəbər verir ki, Çin hökuməti bu yolla müəyyənləşdirdiyi “qurban”larını izləyir və onlara istənilən vaxt hədə-qorxu gəlməklə, istəklərinə nail olur.

Araşdırmaya əsasən, bu hücumlar çox vaxt şəxsi xarakter daşıyır və peşəkar formada təşkil edilir. Çinin ABŞ vətəndaşlarını hədəfə alma metodu bu təhdid kampaniyasının mühüm elementinə çevrilir.

“Spamouflage” və ya “Dragonbridge” kimi tanınan şəbəkə sosial mediada idarə etdiyi yüz minlərlə hesab sayəsində Çin Kommunist Partiyasını tənqid edən amerikalıları sıxışdırmaqla yanaşı, ABŞ siyasətçilərini gözdən salmağa, Amerika şirkətlərini aşağılamağa çalışır.

ABŞ Dövlət Departamentinin hesabatına görə, bu taktiki əməliyyat dünyanın informasiya mühitini formalaşdırmaq, eləcə də Pekini tənqid edənləri susdurmaq üçün çoxmilyardlıq layihələrin bir hissəsini təşkil edir.

COP29

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv