“Bu periodik olaraq baş verən prosesdir. Xəzər dənizində suyun səviyyəsinin artması və azalması buna təsir edir”.
Bu sözləri Yenicag.az-a dəniz sularının çirkliliyi problemini şərh edən ekoloq İslam Mustafayev deyib.
O bildirib ki, Bulvar ərazisindəki su da daima dəyişkənlik xarakteri daşıyır:
“Sizin o gördüyünüz Bulvarın aşağı hissəsi vaxtilə suyun altında idi. Tarixi şəkillərdən də görünür ki, Qız Qalasının bir hissəsi əvvəllər su altında olub. Amma bu proses də periodikdir. Ona görə də bu problemi birmənalı şəkildə izah etmək çətindir.
Çirklənmə prosesinin bir çox səbəbi var. Dənizlərin çirkli olmasında gələn suların miqdarının da rolu var. Həmçinin Xəzər dənizindəki geofiziki hadisələr də buna təsir edir. Sahil zonasının necə idarə olunması da çirklənmə problemi ilə əlaqəlidir. Bütün bu problemləri aradan qaldırmaq mexanizmi məhduddur”.
Şahanə Paşa
www.yenicag.az