Ciro İmmobile İtaliyaya qayıda bilər
Ciro İmmobile İtaliyaya qayıda bilər.
Yenicag.az xəbər verir ki, “Beşiktaş”ın italiyalı hücumçusu Ciro İmmobilenin karyerasını yenidən A Seriyasında davam etdirmək ehtimalı artıb.
İtaliya mətbuatının yaydığı məlumata görə, “Inter” klubu 35 yaşlı təcrübəli futbolçunun transferini gündəmə alıb. Bu məqsədlə klub iranlı hücumçu Mehdi Tareminin ya icarəyə verilməsi, ya da tam transferi üçün planlarını sürətləndirib. Qeyd olunur ki, Tareminin ayrılığı İmmobilenin “Inter”ə keçidini asanlaşdıra bilər.
Ciro İmmobile ötən mövsüm “Beşiktaş”ın heyətində 41 oyuna çıxaraq 19 qolla yadda qalıb. Futbolçunun ailəsi ilə birlikdə yenidən İtaliyada yaşamaq istədiyi bildirilir. Onunla “Bologna”, “Milan” və digər A Seriyası klubları da maraqlanır. Lakin “Inter”in bu istiqamətdə atdığı addımlar transfer prosesində dönüş nöqtəsi hesab olunur.