Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi baş tutub.
Yeniçağ.az-ın məlumatına görə, mərasimdə yarımfinal cütlükləri açıqlanıb. Püşk iki Madrid klubunu – “Real” və “Atletiko”nu üz-üzə qoyub. Digər cütlükdə isə “Monako” “Yuventus”la mübarizə aparacaq.
Çempionlar Liqası
Yarımfinal
“Real” (İspaniya) – “Atletiko” (İspaniya)
“Monako” (Fransa) – “Yuventus” (İtaliya)
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Final matçı isə iyunun 3-də keçiriləcək.
***
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi baş tutacaq. Yeniçağ.az-ın məlumatına görə, mərasimdə yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
“Real” “Monako”, “Yuventus” və “Atletiko” ÇL-də yarımfinala yüksəlib.
Püşk açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq.
Yeniçağ.az
www.yenicag.az