ÇL hakimləri oğurluğa görə oyundan kənarlaşdırıldılar

media-ads-468x90

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Dinamo” (Kiyev) – “Reyncers” oyununun VAR hakimlərinin təyinatı ləğv olunub.

Yenicag.az İdman.biz-ə istinadən xəbər verir ki, polşalı hakimlər Bartoş Frankovski və Tomaş Musyal oğurluqda ittiham olunub.

Onlar sərxoş halda yol hərəkəti nişanını oğurlayıblar. Bu barədə məlumat alan polis hakimləri hadisə yerində yaxalayıb.

Qeyd edək ki, Polşa Futbol İttifaqı məsələ ilə bağlı araşdırma aparacağını bildirib. Hakimlərin günahı sübut olunarsa, onlar vəzifəsindən uzaqlaşdırılacaq.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600