Çoban çobanı ölümcül bıçaqladı - Bərdədə

media-hightechnic-468x90

Bərdə rayonunda çobanlar arasında dava düşüb.

Yenicag.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Türkmən kəndi ərazisində yerləşən fermada baş verib.

Bərdə şəhər sakini, 1996-cı il təvəllüdlü Əzizov Fərid Rauf oğlu naxırçı işlədiyi südçülük fermasında həmin fermada naxırçı işləyən, Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Seymur Marif oğlu ilə şəxsi münasibətlər zəminində dava edib.

Dava zamanı F.Əzizov mətbəx bıçağı il S.Bayramovun bel nahiyəsinə ağır xəsarətlər yetirib.

Bundan başqa o, S.Bayramovun sifətinin sağ tərəfinə dəmir boru ilə zərbələr endirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600