“Coca-Cola” Azərbaycandakı məhsullarının qiymətini artırır

media-hightechnic-468x90

e97d236be90bb48c8dd14f8c912d5317Bahalaşma yanvarın 24-dən başlayacaq

“Azərbaycan Coca-Cola Bottlers” MMC yanvarın 24-dən etibarən istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətini artıracaq.

Bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Belə ki, şirkət qazlı və qazsız içkilərin qiymətini 10-20 qəpik bahalaşdıracaq.

Qiymətlər mərhələli şəkildə bu cür reallaşdırılacaq:

– 0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

– 0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

– 0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə

– 0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə

– 2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə

– 5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600