!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Coni", "Ayluşka", "Vivi" və daha nələr: Uşaqlara qarşı "ad terroru" - VİDEO

!Reklam – Yazi

Son dövrlər qeydiyyat idarələrinə uşaqlara qəribə və mənasız adların qoyulması ilə bağlı müraciətlər olunur.

Yenicag.az xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun icraçı direktoru Baba Məhərrəmli “Xəzər Xəbər”ə müsahibəsində deyib. Onun sözlərinə görə, valideynlərin bəziləri hələ də bu məsələyə etinasız yanaşır.

Onlar uşaqlarına Viva, Vera, Azka, Coni kimi adların verilməsi üçün müraciətlər edirlər.

Həmçinin bəzən böyüklər uşaqlara əzizləmə ifadə edən “Seva”, “Cana”, “Ayluşka” kimi adları qoyurlar. Bəzən isə ümumiyyətlə adın dildə qəbul olunan yazılışını dəyişməyə çalışırlar.

Dilçi alim bildirib ki, uşaqlara mürəkkəb adların qoyulması tövsiyə olunmur. Qoyulan adların milli mənsubiyyəti olmalıdır.

Baba Məhərrəmlinin sözlərinə görə, son illər uşaqlara tanınmış din xadimlərinin adlarının verilməsi üçün çox sayda müraciətlər edilir.

Dilçi alimin tövsiyəsinə görə, uşaq üçün elə ad seçilməlidir ki, həm məna ifadə etsin, həm də o yaşa dolduqca daşıdığı addan utanmasın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv