COP29-a görə 10-dan çox avtobus işləməyəcək

media-hightechnic-468x90

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 4 günündə 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq.

Yenicag.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

O bildirib ki, sabahdan hər bir marşrut dəyişikliyi ilə bağlı məlumatlar paylaşılacaq:

“Bu məlumatlarda maşrutlar üzrə hərəkəti dayandırılan avtobusların və altenativ marşrutlar göstəriləcək. Bütün məlumatları bir dəfəyə paylaşıb çaşqınlıq yaratmaq istəmirik. Bu səbəbdən məlumatları hissə-hissə paylaşmağa üstünlük veririk”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa