“Çox güman baş məşqçi mən olacağam”

media-hightechnic-468x90

mjkljikBu sözləri apasport.az saytına açıqlamasında Mustafa Dənizlinin gedişindən sonra “Xəzər Lənkəran”da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Oğuz Çətin deyib.

 Seleksiyaçı məşqçi postunda çalışacağı barədə yayılan xəbərləri təkzib edən türkiyəli mütəxəssis bildirib ki, böyük ehtimalla “ağ-yaşıllar”ın “sükanı arxası”na keçəcək: “Mən “Xəzər Lənkəran”a baş məşqçi təyin olunacağam. Bu, yaxın günlərdə dəqiqləşəcək. Dənizlinin idman direktoru təyin ediləcəyindən isə xəbərim yoxdur. Bunu klub rəhbərləri daha yaxşı bilər”.

 Çətin komandadan gedəcək futbolçuların siyahısını müəyyənləşdirdiyini bildirib: “Xəzər Lənkəran”dan ayrılacaq futbolçuların siyahısını hazırlamışam. Baş məşqçi olmağım rəsmən təsdiqləndikdən sonra bunu mətbuata açıqlayacağam. Amma siyahını rəhbərliyə təqdim etmişəm. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək və mən Bakıya qayıdacağam”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600