“Crocus City Hall”da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas edib. Belə ki, ofisiant Kamil Nəsibov zərərçəkmişləri sürüyərək təcili yardım maşınlarına çatdırıb, 80-ə yaxın insanı binanın çıxışına aparıb. O, təsadüfən fənəri yandırılmış telefonu tapıb və ona zəng edən zərərçəkmiş qız alovların içərisindən sağ çıxarılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Kamil Nəsibovun dediyi kimi, faciə günü dostu ilə birlikdə “Crocus City Hall”da yarımştat ofisiant işləyirmiş.
Məlumatda deyilir: “Növbə 19:55 radələrində başa çatdı. Onlar bayıra çıxdılar və haray səsləri eşitdilər. Kamil və dostu qorxaraq ən yaxın binaya qaçdılar. Ancaq sonra qayıtmaq qərarına gəldilər. Kamil güllə yarası almış bir neçə nəfəri yolun kənarına sürüyüb, maşını əyləcləyib axsayan qadını içəri salıb, konsertə gecikənlərin hamısını xəbərdar edib. O, binanın qapılarını sındıraraq insanlara hara qaçacaqlarını göstərib. Artıq tüstü dumanı yayılanda, aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı, 80-ə yaxın adamı görüb və onlara bayıra çıxmağa kömək edib. İnsanları axtara-axtara qaçarkən, Kamil yerdə fənəri yanılı smartfona rast gəlir və yolu işıqlandırmaq üçün onu götürür. Telefon zəng çalır – ekranda “Kamilla” adı yazılmışdı, bir qız yüksək səslə, haray çəkərək onu xilas etməyi xahiş edirdi. O, qorxurdu və deyirdi ki, ətrafdakı hər şey yanır, özü də ikinci mərtəbədəki bir yerə yıxılıb. Həmin an Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yanında olan Kamil hər şeyi onlara izah edib və sonra onun özünü güclü tüstüdən boğulan vəziyyətdə binadan çıxarıblar. Xoşbəxtlikdən, həmin qız tapılıb, Kamil daha sonra xilasedicilər vasitəsilə ona telefonunu qaytarıb”.
www.yenicag.az