Cücə sexində yanğın baş verdi

media-hightechnic-468x90

yangin ev dcfvg08Siyəzən rayonunda cücə sexində yanğın baş verib.

Yenicag aznews-a istinadən bildirir ki, rayon mərkəzindən 6 kilometr aralıda yerləşən Beşdam kəndində vətəndaşa məxsus ümumi sahəsi 384 kv.m olan cücə sexində yanğın başlayıb.

Nəticədə tavanının 120 kv.m və çardağın isə 40 kv.m sahəsi yanıb.

Yanğın zamanı sexin içərisində sayı məlum olmayan cücə tüstüdən boğularaq tələf olub.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600