Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazandı

media-hightechnic-468x90

Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında keçirilən açıq Avropa turnirində daha bir cüdoçumuz uğurla çıxış edərək qızıl medal qazanıb.

Yenicag.az xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gələrək qızıl medala sahib oldu.

Xatırladaq ki, turnirin ilk gününündə Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) bürünc medallara yiyələniblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600