!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb

!Reklam – Yazi

Azərbaycan cüdoçusu Nurlan Osmanov Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Yenicag.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq İsrail, Türkiyə, Gürcüstan və İtaliya təmsilçilərinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda qarşılaşmada Rusiya idmançısı Murad Çopanova məğlub olub.

Bu gün mübarizəyə qoşulan Elçin Hüseynov (66 kq), Balabay Ağayev və Rəşad Yelkiyev (hər ikisi 60 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 3-də yekun vurulacaq. /report.az/

www.yenicag.az

1524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv