Culfada avtomobil aşdı - Xəsarət alanlar var

media-hightechnic-468x90

Culfa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Əlincə kəndində qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Culfa rayon Bəyəhməd kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyev Təbriz Elşad oğlu və Şahbuz rayon sakini, 1977-ci il təvəllüdlü İbrahimova Sevinc Baxşəli qızı xəsarət alıb.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır./APA

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa