Dabanı tərsinə çevrilmiş qadın-Foto
Çinli qadın Vonq Fanq anadangəlmə tərsinə çevrilmiş dabanlarla doğulub.
Fiziki qüsuruna baxmayaraq qadın restoranda ofisiant işləyir və hamı kimi normal həyat sürür. Qadının hətta bir oğlu da var. Onun sözlərinə görə, bir çoxlarından sürətli yeriyir və özünü heç də əlil kimi hiss etmir. Onu başqa insanlardan fərqləndirən tək cəhət isə ayaqqabılarını tərsinə geyinməsidir.
Fanq doğulanda həkimlər onun gəzə biləcəyindən də şübhə edirdilər. Buna baxmayaraq çinli qadın öz iradəsi və əzmi sayəsində təbiətin səhvinə üstün gəldi.
Qeyd edək ki, Fanq belə xəstəlikdən əziyyət çəkən, bununla belə normal həyat sürməyi bacaran tək insan deyil. Belə ki, 37 yaşlı braziliyalı Klaudio Vieyra de Oliveyra da çevrilmiş başla doğulmasına baxmayaraq, dünyanı gəzir və ruhlandırıcı mühazirələrlə çıxış edir.